
“Liverpul” Barkola üçün danışıq aparıb
“Liverpul” PSJ-nin hücumçusu Bredli Barkolanın transferi ilə bağlı ilkin danışıq aparıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klublar arasında hələlik rəsmi danışıqlar başlamayıb. Bununla belə, yaxın vaxtlarda tərəflər arasında görüşün keçirilməsi gözlənilir.
23 yaşlı futbolçunun transferi əsasən məbləğdən asılı olacaq. PSJ Barkolanı 170 milyon avroya qiymətləndirir, “Liverpul” isə bu məbləğin aşağı salınmasına çalışır.
Mersisayd təmsilçisi fransalı forvardın PSJ-dən ayrılmaq istəməsini və onun müqaviləsinin müddətinin bitməsinə iki il qalmasını da nəzərə alır. “Liverpul” hesab edir ki, transfer bu yay baş tutmasa, PSJ 2027-ci ildə yeni müqavilə imzalamaq istəməyən Barkolanı daha aşağı qiymətə satmaq məcburiyyətində qala bilər.
Bizi Facebook-da izləyin



