
İngiltərə klubu Vinisius üçün təklif hazırlayır
“Arsenal” “Real”ın hücumçusu Vinisius Junioru transfer etmək istəyir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Madrid klubu braziliyalı vingerə müqavilənin müddətinin uzadılması ilə bağlı yeni təklif təqdim edib. Bununla yanaşı, “Arsenal” da futbolçunun transferi üçün ilk rəsmi təklifini hazırlayır.
26 yaşlı futbolçu ötən mövsüm La Liqada 36 oyuna çıxaraq, 16 qol vurub və 5 məhsuldar ötürmə verib.
Vinisiusun “Real”la müqaviləsinin müddəti gələn il başa çatacaq. Onun transfer bazarındakı dəyəri 140 milyon avro qiymətləndirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



