
“Turan”da yaponiyalı voleybolçu
“Turan” yaponiyalı voleybolçu Minami Yoşiokanı transfer edib.
Bu barədə Komanda.az-a klubun mətbuat xidmətindən bildirilib.
Libero mövqeyində çıxış edən voleybolçu ilə 2026/2027 mövsümünün sonuna qədər müqavilə imzalanıb.
Təcrübəli voleybolçu 2025/2026 mövsümündə Almaniya təmsilçisi “Potsdam”ın formasını geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



