“Atletiko”nın “Barselona”dan istədiyi futbolçu

“Atletiko” rəhbərliyi “Barselona”nın yarımmüdafiəçisi Mark Bernalı Xulian Alvaresin transferinə daxil etmək niyyətindədir.

Komanda.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.

“Barselona” Xulian Alvares üçün 100 milyon avro və heyətindən bir futbolçu təklif etməyə hazırdır. Ancaq Kataloniya klubu bu sözləşməyə Bernalı daxil etməyi düşünmür.

“Atletiko” 19 yaşlı yarımmüdafiəçinin transferində israrlıdır. “Barselona” isə ispaniyalı futbolçunu gələcəyin vacib simalarından biri hesab etdiyi üçün onunla yollarını ayırmaq niyyətində deyil.

“Barselona”nın yetirməsi olan Mark Bernal ötən mövsüm bütün turnirlərdə 33 oyunda meydana çıxıb, 5 qol vurub və 1 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button