“Qarşımızda çox yaxşı müdafiə olunan komanda var idi” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində “Vestri”yə qarşı keçirdikləri oyundan danışıb.

Komanda.az xəbər verir ki, o, 3:0 hesablı qələbəni belə şərh edib:

“Azarkeşlərə təşəkkür etmək istəyirəm, stadionu doldurmuşdular. Sanki Çempionlar Liqasında oynayırıq, elə ab-hava yaratmışdılar. İlk oyundan məsuliyyət üstümüzdə idi, qalibiyyət vacib idi. Futbolçularıma təşəkkür edirəm, lakin bəzi narahatlıqlarım var idi. Çünki oyunçular müxtəlif səviyyədə idilər. Qarşımızda çox yaxşı müdafiə olunan komanda var idi.

Cavab matçında oyunumuzu daha da yaxşılaşdırmalıyıq. Bu, bizim üçün motivasiya olacaq.

Həmçinin, “Zirə”ni və “Sabah”ı təbrik edirəm, böyük qalibiyyət əldə etdilər. Hər birinə uğurlar arzu edirəm.

Digər oyunlarda futbolçu dəyişikliyi də ola bilər. Hazırda qapıçıdan başqa, digər mövqelərə oyunçular axtarırıq. Bəzi futbolçularda da diqqətli olmalıyıq, onları çox yükləmək də olmaz.

Elvin Cəfərquliyevin başqa kluba transferi alınsaydı, biz “yox” deməyəcəkdik. O, qayıtdı. Biz istəmərik ki, belə hadisələr olsun, lakin qayda-qanun var və buna uyğun sərt qərarlar ola bilər”.

Nəzrin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button