Yamal: “Məqsədim dünya çempionatının kubokunu qaldırmaqdır”

İspaniya millisinin hücumçusu Lamin Yamal dünya çempionatında mümkün yarımfinal rəqibi barədə danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, finala çıxmaq istədiyini deyib:

“Fransa millisi də, Mərakeş yığması da çox güclü komandadır. Kim qarşımıza çıxsa, onu məğlub etmək üçün əlimizdən gələni edəcəyik. Məqsədim dünya çempionatının finalına yüksəlmək və kuboku qaldırmaqdır”.

İspaniya millisi dünya çempionatının 1/4 finalında Belçika yığması ilə qarşılaşacaq. Oyun iyulun 10-da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button