“Araz-Naxçıvan”dan futbolçusu ilə yeni müqavilə

“Araz-Naxçıvan” klubu futbolçusu İbrahim Piriyevlə müqavilənin müddətini uzadıb.

Komanda.az xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisi məlumat yayıb.

21 yaşlı cinah yarımmüdafiəçisi ilə anlaşma 2 il müddətinə nəzərdə tutulub.

Piriyev 2025/2026 mövsümündə “Araz-Naxçıvan”ın əvəzedici heyətində çıxış edib. Mütəmadi olaraq əsas komandanın məşqlərinə cəlb olunan oyunçu “Zirə” ilə Misli Premyer Liqasının son turunda keçirilmiş matçda debut edib.

“Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov və Ülvi İsgəndərovla yeni müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button