
Trossard İngiltərənin başqa klubuna keçə bilər
“Arsenal”ın vingeri Leandro Trossard karyerasını İngiltərə Premyer Liqasının başqa komandasında davam etdirə bilər.
Komanda.az “Football Insider”-ə istinadən xəbər verir ki, 31 yaşlı futbolçunun transferi uğrunda mübarizədə hazırda “Aston Villa” ön plandadır. Trossard baş məşqçi Unay Emerinin rəhbərlik etdiyi komandaya keçidə müsbət yanaşır.
Belçikalı oyunçunun “Arsenal”la müqaviləsinin müddəti bir ildən sonra başa çatacaq. Bu səbəbdən, London təmsilçisi transferindən gəlir əldə etmək üçün bu yay Trossardı satmağa hazırdır.
“Transfermarkt” portalının qiymətləndirməsinə əsasən, futbolçunun bazar dəyəri 18 milyon avrodur.
“Arsenal” ötən mövsüm İngiltərə Premyer Liqasının qalibi olub. “Aston Villa” isə mövsümü turnir cədvəlinin 4-cü pilləsində başa vurub.
Bizi Facebook-da izləyin



