İngiltərə klubu Rodriqo üçün 80 milyon avro ödəməyə hazırdır

“Real”ın braziliyalı hücumçusu Rodriqo İngiltərə Premyer Liqasına keçə bilər.

Komanda.az “Fichajes”-ə istinadən xəbər verir ki, “Tottenhem” 24 yaşlı futbolçunu heyətinə qatmaqda maraqlıdır və madridlilərin tələb etdiyi 80 milyon avronu ödəməyə hazırdır.

Xabi Alonsonun “Real”ın baş məşqçisi təyin olunmasından sonra Rodriqo əsas heyətdən kənarda qalıb və az oyun şansı qazanır. Braziliyalı futbolçu gələn il dünya çempionatı öncəsi daha çox oynamaq məqsədilə komandasını dəyişməyə meyllidir.

Rodriqo cari mövsümdə bütün turnirlərdə 13 oyunda iştirak edib, 2 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button