
Fiqunu “Barselona”dan “oğurlayan”, Ronaldonu “Real”a qazandıran prezident
Bu günlərdə Florentino Peres “Real”ın prezidenti vəzifəsinə gəlməsinin 25 illiyini qeyd edir. O, bu posta ilk dəfə 2000-ci ilin iyulunda seçkiləri qazanaraq gəlib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Peresin ilk uğurunun əsas səbəbi portuqaliyalı sabiq futbolçu Luiş Fiqunu “Barselona”dan komandaya gətirəcəyinə dair verdiyi vədin olması idi və o bu vədini yerinə yetirmişdi. Ancaq prezidentlik dönəminin ilk illəri onun üçün asan keçməyib.
“Real” 1990-cı illərin sonlarında əldə etdiyi üstünlüyü itirməyə başladı, transferlərə çoxlu vəsait xərcləndi və nəticədə Peres 2006-cı ildə istefa verməyə məcbur oldu.
Amma 2009-cu ildə o yenidən prezidentliyə qayıtdı. Bu dəfə vəd etdiyi Kriştiano Ronaldo idi. Peres bu vədini də yerinə yetirdi və o gündən bəri “Real”ın “sükan”ını əldən buraxmayıb.
Hazırda Peres həm İspaniya futbol tarixində, həm də dünya futbolunda ən uzunmüddətli və faydalı klub rəhbərlərindən biri hesab olunur.
Bizi Facebook-da izləyin