
Dias İspaniya klubuna keçməyə yaxındır
“Liverpul”un hücumçusu Luis Dias yaxın zamanda komandasını tərk edə bilər.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, “Barselona” rəhbərliyi kolumbiyalı futbolçunu hücum xəttini gücləndirmək üçün əsas namizəd hesab edir.
Diasın özü də bu keçiddə maraqlıdır, çünki uşaq vaxtlarından “Barselona”da oynamaq arzusunda olub.
28 yaşlı futbolçu “Liverpul”da layiqincə dəyərləndirilmədiyini hiss edir və bu səbəbdən klubla yeni müqavilə danışıqlarını dayandırıb.
Bundan əlavə, Diasın yaxın çevrəsi hesab edir ki, “qırmızılar”ın Leverkuzen “Bayer”indən Florian Virtsi transfer etmək istəməsi onun gedişini sürətləndirə bilər. Bu, həmçinin, klubun yüksək xərclərini müəyyən qədər kompensasiya etməsinə imkan verə bilər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



