
“Milan” “Barselona”nın sabiq futbolçusunu izləyir
“Lids”in müdafiəçisi Junior Firpo “Milan”ın maraq dairəsinə düşüb.
Komanda.az “Football Italia”-ya istinadən xəbər verir ki, “Milan” yay transfer pəncərəsində satılması gözlənilən Teo Hernandesə alternativ axtarır. İtaliya klubu daha əvvəl də izlədiyi 28 yaşlı futbolçu ilə maraqlanır.
“Barselona”nın sabiq oyunçusunun “Lids”lə müqaviləsinin müddəti iyunun sonunda başa çatacaq və o, azad agent kimi transfer bazarında olacaq.
Dominikanlı oyunçu 2024/25 mövsümündə İngiltərə Çempionşipində 32 oyunda 4 qol vurub, 10 məhsuldar ötürmə ilə yadda qalıb. Onun komandası isə turnir cədvəlini 1-ci pillədə tamamlayaraq Premyer Liqaya vəsiqə qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin