
“İnter”in 2 zədəli futbolçusu məşqlərə başlayıb
“İnter”in hücumçusu Lautaro Martines və yarımmüdafiəçisi Davide Frattesi yaxın günlərdə keçiriləcək oyunda komandaya kömək edə biləcəklər.
Milan təmsilçisi sabah A Seriyasının son turunda “Komoya” qarşı meydana çıxacaq. “İnter” qalib gəlsə, “Napoli” isə xal itirsə, Simone İnzaqinin komandası skudettoya sahib çıxacaq.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, dünən Martines və Frattesi komanda ilə birlikdə məşq ediblər.
Hər iki futbolçunun mümkün çempionluq matçında meydana çıxacağı gözlənilir, ancaq start heyətində olmayacaqları ehtimal olunur. Həm Lautaro, həm də Frattesi zədə səbəbindən son iki oyunu buraxmışdı.
Bundan əlavə, “İnter” mayın 31-də Münhendə PSJ-yə qarşı UEFA Çempionlar Liqasının finalında da qüvvəsini sınayacaq.
Bizi Facebook-da izləyin