
Luis Enrike İtaliya klubuna keçməyə yaxındır
“İnter” “Marsel”in braziliyalı vingeri Luis Enrike Limanı transfer etmək üzrədir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Milan təmsilçisi artıq “Marsel”lə razılığa gəlməyə çox yaxındır və tərəflər son detalları müzakirə edirlər.
“İnter” təklifini artıraraq 22 milyon avro və əlavə bonuslar vəd edib. Ancaq fransalılar təxminən 2 milyon avro daha yüksək məbləğ tələb edirlər.
23 yaşlı futbolçunun transferinə maraq göstərən digər klublar da var və bu, razılaşmanın son anda pozulması riskini artırır.
Lima 2024/25 mövsümündə Liqa 1-də 33 oyunda çıxış edib, 7 qol vurub və eyni sayda məhsuldar ötürmə verib. O, son mövsümdə “Marsel”in əsas hücum “silahlar”ından biri olub.
Transferin yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir.
Bizi Facebook-da izləyin



