Berezutski: “Vacib qələbə qazandıq”

“Sabah” Azərbaycan Premyer Liqasının 34-cü turunun açılış matçında bu gün “Şamaxı”nı qəbul edib.

Komanda.az xəbər verir ki, 3:1 hesabı ilə qalib gələn Masazır təmsilçisinin baş məşqçisi Vasili Berezutskinin oyundan sonra mətbuat konfransı keçirilib. Berezutski vacib qələbə qazandıqlarını bildirib:

“Vacib qələbə qazandıq. Çünki bu qələbə komandamıza emosianal cəhətdən yaxşı təsir edəcək, müsbət təsir göstərəcək. Bu gün çox da pis oynamadıq. Sadəcə, qol epizodunda taktiki səhvə yol verdik, bu da qapımıza qolla nəticələndi. Ümumi götürsək, bugünkü oyundan məmnunam”.

“Sabah” növbəti turda səfərdə “Zirə” ilə qarşılaşacaq.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button