ÇL: “Barselona”nın ehtimal olunan start heyəti açıqlandı

“Barselona”nın “İnter”ə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının yarımfinal matçı üçün ehtimal olunan start heyəti açıqlanıb.

Komanda.az “Diario AS”-a istinadən xəbər verir ki, bu gün oynanılacaq matçda kataloniyalıların qapısını Vojçex Şesnı qoruyacaq.

Müdafiədə isə dəyişiklik gözlənilmir: Gerard Martin, İniqo Martines, Pau Kubarsi və Jül Kunde meydana çıxacaq.

Yarımmüdafiədə baş məşqçi Hans-Diter Flikin Frenki de Yonq, Pedri və Dani Olmoya güvənəcəyi bildirilir. Hücum xəttində isə Rafinya Dias, Ferran Torres və Lamin Yamal yer alacaq.

Qarşılaşma saat 23:00-da start götürəcək. Cavab oyunu gələn həftə Milanda olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button