“İnter” Premyer Liqa klubunun təklifini rədd edib
“İnter” yarımmüdafiəçisi Kristian Asllanini satmaqdan imtina edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu yaxınlarda adı açıqlanmayan İngiltərə Premyer Liqası klubu 22 yaşlı futbolçu üçün sərfəli təklif irəli sürüb, ancaq milanlılar bunu rədd edib.
A Seriyasının top-klubunun rəhbərliyi albaniyalı yarımmüdafiəçinin inkişafından məmnundur və onu parlaq gələcək gözlədiyinə inanır.
Simone İnzaqinin komandasının heyətində cari mövsümdə bütün turnirlərdə 12 matçda iştirak edən Asllani 1 qol vurub və 1 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin