Flik özündən çıxıb, futbolçuları danlayıb
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik “Selta” ilə oyunda (2:2) komandasının çıxışından hədsiz məyus olub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, matç başa çatdıqdan dərhal sonra Flik hirslə paltardəyişmə otağında komandanın futbolçularını danlayıb. Almaniyalı mütəxəssis çox əsəbiləşib və oyunçulara final fitinə qədər diqqətli olmalı olduqlarını başa salıb. O, matç zamanı edilən kobud fərdi səhvlərdən son dərəcə məyus olub.
Kataloniya komandası hesabda irəlidə olsa da, son 10 dəqiqədə qapısında iki qol görüb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin