Emil Balayevin maaşı azaldıldı
Qazaxıstanın “Tobol” klubunda futbolçu və məşqçilərin maaşı azaldılıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun direktoru Nikolay Panin yerli mətbuata açıqlamasında məlumat verib.
Avropa Liqasının 1-ci təsnifat mərhələsini adlaya bilməyən Kostanay təmsilçisi xərclərin azaldılmasına ehtiyac duyub. Klub rəhbərliyi bütün futbolçu və məşqçilərin maaşlarını azaltmağa qərar verib.
Panin futbolçuların bu qərarla razılaşdığını bildirib. Bu isə o deməkdi ki, sözügedən komandanın uğurları üçün çalışan Azərbaycan milli komandasının qapıçısı Emil Balayev də maaşının azaldılması qərarı ilə razılaşıb.
Kostanay təmsilçisinin əsas heyət üzvü olan Balayev bu ilin yanvar ayında “Səbail”dən “Tobol”a keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin