“Mançester Siti”dən yeni rekord

“Mançester Siti” İngiltərə Liqa kubokunun yarımfinal mərhələsinin cavab matçında “Barton”u 1:0 hesabıyla məğlub edib.

Komanda.az xəbər verir ki, adını finala yazdıran “şəhərlilər”, turnir tarixində yeni rekorda imza atıblar. “Mançester Siti” “Barton”u iki oyunun nəticəsinə görə 10:0 hesabıyla məğlub edib. İlk oyunda öz meydanında 9 qol vuran “şəhərlilər”, cavab matçında minimal hesabla qalib gəlib. İki oyundan sonra 10:0 hesablı nəticə, İngiltərə Liqa kuboku tarixinin ən yaxşı göstəricisidir.

İngiltərə Liqa kuboku tarixinin ən böyükhesablı göstəricisi də bundan əvvəl “Mançester Siti”yə aid idi. Premyer Liqa təmsilçisi 2014-cü ildə iki oyunun nəticəsinə görə “Vest Hem”i 9:0 hesabıyla məğlub edib, növbəti mərhələyə yüksəlmişdi. 

“Mançester Siti”nin finaldakı rəqibi bu gün müəyyənləşəcək. İlk oyunda səfərdə “Tottenhem”ə 0:1 hesabıyla məğlub olan “Çelsi”, cavab matçını öz meydanında keçirəcək.

“Çelsi” – “Tottenhem” matçı bu gün, saat 23:45-də start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button