“Atalanta”dan darmadağın
İtaliya A Seriyasında 16-cı tura yekun vurulub.
Komanda.az xəbər verir ki, son gündə bir görüş baş tutub.
“Atalanta” doğma meydanda qarşılaşdığı “Salernitana” üzərində əzmkar qələbəyə sevinib. Bu qələbədən sonra berqamolular 26 xalla 7-ci pilləyə yüksəliblər. “Salernitana” isə 8 xalla sonuncudur.
Hazırda A Seriyasına 41 xalla “İnter” liderlik edir. “Yuventus” 37 xalla ikinci, “Milan” 32 xalla üçüncüdür. “Bolonya”nın 28, “Napoli” və “Fiorentina”nın 27, “Roma”nın 25 xalı var.
İtaliya A Seriyası
16-cı tur
15 dekabr
Cenoa – Yuventus 1:1
Qollar: Qudmundsson, 48 – Kyeza, 28-pen.
16 dekabr
Leççe – Frozinone 2:1
Qollar: Pikkoli, 11. Ramadani, 89 – Kayo Xorxe, 33-pen.
Napoli – Kalyari 2:1
Qollar: Osimhen, 69. Kvaratsxeliya, 75 – Pavoletti, 72.
Torino – Empoli 1:0
Qol: Sapata, 25.
17 dekabr
Milan – Montsa 3:0
Qollar: Reynders, 3. Şimiç, 41. Okafor, 76.
Fiorentina – Verona 1:0
Qollar: Beltran, 78.
Udineze – Sassuolo 2:2
Qollar: Lukka, 36. Pereyra, 55 – Berardi, 75-pen; 88-pen.
Bolonya – Roma 2:0
Qollar: Moro, 37. Kristensen, 49-öz qapısına.
Latsio – İnter 0:2
Qollar: L.Martines, 40. M.Türam, 66.
18 dekabr
Atalanta – Salernitana 4:1
Qollar: Muriel, 47. Paşaliç, 52. De Ketelare, 83. Mirançuk, 89 – Pirola, 10.
Bizi Facebook-da izləyin