“Ümid edirəm ki, uzun müddət bu klubda qalacam” – Donnarumma
PSJ-nin qapıçısı Canluici Donnarumma klubdakı gələcəyindən danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Fransa klubunda özünü yaxşı hiss etdiyini deyib:
“Parisdə özümü yaxşı hiss edirəm. Bu şəhəri və PSJ-ni təmsil etməkdən qürur duyuram. Ümid edirəm ki, uzun müddət bu klubda qalacam. PSJ tarixində yeni səhifə yazmaq istəyirəm”.
İtaliyalı qolkiper cari mövsümdə paytaxt təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 46 oyuna çıxıb, 48 qol buraxıb və 14 matçda qapısını toxunulmaz saxlayıb. Onun klubla müqaviləsi 2026-cı ilin yayına qədər nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin