“Qalatasaray” azərbaycanlı futbolçuların legioner sayılmasını istəmir

“Qalatasaray” türk dövlətlərinin futbolçularının Türkiyə Super Liqasında legioner sayılmaması ilə bağlı təşəbbüs irəli sürüb.

Komanda.az xəbər verir ki, İstanbul təmsilçisi bununla bağlı Türkiyə Futbol Federasiyasına (TFF) müraciət etməyə hazırlaşır.

“Habertürk”ün yaydığı məlumata görə, “sarı-qırmızılar” TFF-yə müraciətində Braziliya/Portuqaliya razılaşmasını nümunə göstərəcək. Bu iki ölkə arasında razılaşmaya görə, Braziliya və Portuqaliya vətəndaşlarından qarşılıqlı gediş-gəliş üçün viza tələb edilmir. Eyni zamanda sözügedən ölkələrin futbolçuları digərində legioner statusu da daşımır.

Xatırladaq ki, Azərbaycanla Türkiyə arasında da viza rejimi tətbiq olunmur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button