Deşam haqda danışmaqdan imtina etdi

“Real”ın futbolçusu Kərim Benzema Fransa millisinin çalışdırıcısı Didye Deşam haqda danışmaq istəməyib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Benzema, “Liverpul”la Çempionlar Liqası oyunundan (1:0) sonra verdiyi müsahibədə belə deyib:

“Deşam? Onun haqqında danışmaq istəmirəm. İndi bunun vaxtı deyil. Mən bura “Liverpul”a qarşı oyun haqqında danışmaq üçün gəlmişəm”.

Daha əvvəl Deşam futbolçunun öz istəyi ilə Fransa millisini tərk etdiyini bildirib. Lakin Benzema sonradan bu məlumatı təkzib edərək, baş məşqçinin yalan danışdığını bildirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button