PSJ kapitanını da itirdi
Fransanın PSJ klubu UEFA Çempionlar Liqasının 1/8 mərhələsi çərçivəsində Almaniyanın “Bayern” komandasına iki oyunun nəticəsinə görə uduzaraq (0:1, 0:2) mübarizəni dayandırması azmış kimi, kapitanı Markinyosu da itirib.
Komanda.az xəbər verir ki, braziliyalı futbolçu ötən gecə Münhendə baş tutan cavab qarşılaşmasının birinci hissəsində sıradan çıxıb.
Bu üzdən də o, 36-cı dəqiqədə əvəzlənmək məcburiyyətində qalıb. 28 yaşlı mərkəz müdafiəçisinin zədəsinin nə dərəcədə ciddi olduğu ətraflı müayinələrdən sonra müəyyənləşəcək.
2013-cü ildən PSJ-də forma geyinən Markinyos bu mövsüm meydana çıxdığı 35 oyunda 2 qol da vurub.
PSJ-də bir neçə gün öncə digər braziliyalı futbolçu – Neymar da uzun müddətə sıradan çıxmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin