PSJ tarixinin ən yaxşı bombardiri
PSJ Fransa çempionatının 26-cı turunda “Nant”ı məğlub edib (4:2).
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu matç paytaxt təmsilçisinin hücumçusu Kilian Mbappe üçün əlamətdar olub. 24 yaşlı futbolçunun “Nant” ilə matçda vurduğu qol klubdakı 247-ci oyununda 201-ci olub.
Bununla da, o, PSJ-nin keçmiş futbolçusu Edinson Kavanini qabaqlayıb və klub tarixinin ən yaxşı bombardiri olub.
Kilian Mbappe cari mövsümdə Paris klubunun heyətində bütün turnirlər daxil olmaqla 30 qol vurub və 8 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin