Azərbaycanın ən sabit və oyunçuları əlcək kimi dəyişən klubları

Futbol üzrə Azərbaycan Premyer Liqasında heyəti ən sabit olan klubların adları məlum olub.

Komanda.az xəbər verir ki, Beynəlxalq İdman Araşdırmalar Mərkəzinin (CIES) yayımladığı siyahının ilk pilləsində “Qarabağ” yer alıb. Azərbaycan çempionu bir il ərzində 35, beş il ərzində 67, on il ərzində 111 futbolçudan istifadə edib.

İkinci sırada “Qəbələ”dir. Qəbələ təmsilçisi müvafiq olaraq 30, 74 və 154 oyunçudan yararlanıb.

“Neftçi” (36, 87, 150) 3-cü, “Sumqayıt” (41, 88, 161) 4-cü, “Səbail” (42, 102) 5-ci, “Zirə” (34, 104) 6-cı, “Şamaxı” (46, 107, 181) 7-ci, “Sabah” (33) 8-ci pillədə yer alıb.

“Səbail” və “Zirə” klublarında 10 illik, “Sabah”da isə 5 və 10 illik nəticə göstərilməyib.

CİES-in araşdırması 72 çempionatı əhatə edib. İlk sırada İsveç “Halmştad”ı (22, 44, 84) qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button