“Qalatasaray”a keçəcəyi deyilən erməninin atası: “İnanmayın”
Moskva “Dinamo”sunun yarımmüdafiəçisi Arsen Zaxaryanın atası Norayr Zaxaryan oğlunun Türkiyənin “Qalatasaray” klubuna mümkün keçidi ilə bağlı məlumatı təkzib edib.
Komanda.az Rusiya mətbuatına istinadən xəbər verir ki, erməni əsilli rusiyalı futbolçunun atası Arsenin “Qalatasaray”a keçəcəyi haqda xəbərlərin saxta olduğunu deyib:
“Bu xəbərə inanmayın. Bu, saxtadır! Siz bu məsələyə son qoya bilərsiz”.
Fevralın 21-də “Qalatasaray”ın 19 yaşlı futbolçunun transferini 13 milyon avroya tamamlamağa yaxın olduğunu barədə məlumat yayılıb.
Zaxaryan “Dinamo”nun yetirməsidir. O, 2022/23 mövsümündə 22 matçda 3 qol vurub və 6 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin