Klopp: “İngiltərəyə gələndə saqqalımın rəngi fərqli idi”
“Liverpul”un baş məşqçisi Yurgen Klopp karyerasında 1000-ci oyuna çıxması ilə bağlı danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə xoşbəxt olduğunu dilə gətirib:
“Məncə, bu, böyük nailiyyətdir. Həm də, 1000 çılğın rəqəmdir. Çox xoşbəxtəm. Doğrusu, İngiltərəyə gələndə saqqalımın rəngi fərqli idi. Burada ağardı”.
Klopp 2015-ci ilin oktyabrından “Liverpul”u çalışdırır. O, Mersisayd təmsilçisi ilə İngiltərə Premyer Liqasını, ölkə kubokunu, superkubokunu, İngiltərə Liqa kubokunu, UEFA Çempionlar Liqasını və Klublararası dünya çempionatını qazanıb.
Almaniyalı mütəxəssisin klubla müqaviləsi 2026-cı ilin iyun ayının sonuna kimi qüvvədədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin