Gənclər və İdman Nazirliyindən Mxitaryanla bağlı açıqlama

Gənclər və İdman Nazirliyi İngiltərənin “Arsenal” klubunun erməni futbolçusu Henrix Mxitaryanın Bakıda keçiriləcək Avropa Liqasının final matçında iştirakına Azərbaycanın təhlükəsizlik təminatı vermədiyinə dair iddiaları təkzib edib.

Komanda.az xəbər verir ki, nazirliyin mətbuat katibi Səmayə Məmmədova bildirib ki, deyilənlər heç bir reallığa sığmır.

Nazirlik rəsmisi fikirlərini belə əsaslandırıb:

“Əvvəlki illərdə ölkəmizdə keçirilmiş ilk Avropa Oyunları, Ümumdünya Şahmat Olimpiadası və digər mühüm yarışların hər birində olduğu kimi, dövlət iştirakçı ölkələrə təhlükəsizlik təlimatı ilə bağlı məktub göndərib”. (Report)

Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşmada “Arsenal”ın rəqibi “Çelsi” olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button