İslamiada: Azərbaycanın basketbol yığması finalda
Azərbaycanın kişi basketbolçulardan ibarət 3×3 millisi Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.
Komanda.az xəbər verir ki, komandamız yarımfinalda İran seçməsi ilə üz-üzə gəlib.
Qarşılaşma Azərbaycan yığmasının 21:17 hesablı qələbəsi ilə bitib.
Finaldakı rəqib Seneqal kollektivi olacaq. Həlledici görüşə Bakı vaxtı ilə saat 21:35-də start veriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin