“Liverpul”un kapitanı və baş məşqçisi tarixə düşdü
“Liverpul” İngiltərə Federasiya kubokunu qazanıb.
Komanda.az xəbər verir ki, “qırmızılar”ın baş məşqçisi Yurgen Klopp sözügedən turnirin tarixinə düşüb.
O, Federasiya kubokunu qazanan ilk alman məşqçi olub. Klopp daha öncə “Liverpul”la Çempionlar Liqası, Premyer Liqa, İngiltərə Liqa kuboku, UEFA superkuboku, Klublararası dünya çempionatını qazanıb.
“Liverpul”un yarımmüdafiəçisi Cordan Henderson da klubun tarixinə düşüb. 32 yaşlı futbolçu Mersisayd təmsilçisində 6 fərqli titul əldə edən ilk kapitan olub. İngiltərə millisinin üzvü ötən gün ölkə kubokunun finalında “Çelsi”ni penaltilər seriyasında (6:5) məğlub etdikləri oyunla 6-cı kubokunu qazanıb.
Xatırladaq ki, Henderson daha əvvəl “Liverpul”la İngiltərə Premyer Liqasını, Çempionlar Liqasını, UEFA superkubokunu, İngiltərə Liqa kubokunu və Klublararası dünya çempionatını qazanıb.
Bizi Facebook-da izləyin