“Liverpul” “Mançester Siti”yə bu qədər yaxın olmasaydı, nə baş verərdi?”

“Liverpul”un baş məşqçisi Yurgen Klopp İngiltərə Premyer Liqasında çempionluq yarışı ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, alman mütəxəssis, “Liverpul”un “Mançester Siti” ilə birgə futbola həyəcan qatdığını bildirib:

“Təsəvvür edin, “Liverpul” “Mançester Siti”yə bu qədər yaxın olmasaydı, nə baş verərdi? Müsahibələr darıxdırıcı olardı. Bir az həyəcan olmalıdır ki, Çempionlar Liqasına vəsiqə qazanmaq və Premyer Liqadakı yerini qorumaq üçün ciddi mübarizə aparılsın”.

Premyer Liqanın 35 turundan sonra “Liverpul” 83 xal toplayıb və lider “Mançester Siti”dən 3 xal geri qalaraq, turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button