“Salah “Real”dan yüz faiz qisas alacaq”

İngiltərəli keçmiş futbolçu Cimi Karrager “Liverpul”un hücumçusu Məhəmməd Salahın Çempionlar Liqasının finalında “Real”dan qisas alacağına dair iddiasına münasibət bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, o, Salahın madridlilərdən yüz faiz qisas alacağını deyib:

“Məhəmməd Salah deyibsə, yüz faiz qisas alacaq. Bu, onun özü üçün güclü zərbə oldu. 2018-ci ilin Çempionlar Liqasının finalında Salah zədələndi və “Real” “Liverpul”u məğlub edərək, turnirin qalibi oldu”.

“Liverpul” mayın 28-də Parisdə keçiriləcək Çempionlar Liqasının finalında “Real”la qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button