“Liverpul”un təzyiqinə cavab verə bilmirdik” – Emeri
“Vilyarreal”ın baş məşqçisi Unay Emeri Çempionlar Liqasının yarımfinal mərhələsində “Liverpul “a məğlub olduqları oyun haqqında danışıb.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Emeri, yaxşı oyun nümayiş etdirmədiklərini deyib:
“Biz daha çox çalışmalı idik. Etibarlı müdafiə olunmaq, rəqibin rahat şəkildə boşluq tapmasına imkan verməmək lazım idi. İlk hissə ruhlandırıcı idi.
Jerar Morenonun ağrıları var idi. Ona görə də, zərbələr vurmaqda çətinlik çəkirdi.
İkinci hissədə o qədər də güclü deyildik. Yəni ilk oyundakı kimi oynamadıq. Topa daha çox nəzarət etməli idik, lakin onların ilk qolu psixoloji zərbə oldu, nəfəsimiz kəsildi. Artıq “Liverpul”un təzyiqinə cavab verə bilmirdik. Mükəmməlliyə yaxın idik, lakin tam 90 dəqiqə eyni səviyyədə oynamaq alınmadı. Azarkeşlərin oyunumuzdan həzz aldığını bilirik. Bizim daha çox uğur qazanmaq və yaxşı çıxış etmək üçün inkişaf layihəmiz var”.
“Vilyarreal” “Liverpul”a 2:3 hesabı ilə məğlub olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin