“Liverpul”dan yeni rekord

Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda “Liverpul” səfərdə “Vilyarreal”a qalib gəlib (3:2). İngiltərə təmsilçisi bütün qollarını ikinci hissədə vurub.

Komanda.az “Opta”-ya istinadən xəbər verir ki, “Liverpul” bununla, bütün yarışlarda bir mövsümdə ən çox qol vuran klub kimi rekorda imza atıb. Yurgen Kloppun komandası bu mövsüm 57 matçda 139 qol vurub.

İlk görüşdə evdə 2:0 hesabı ilə qalib gələn “Liverpul” ümumi hesaba görə finala yüksəlib.

Çempionlar Liqasının final oyunu mayın 28-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button