“Arsenal” uduzdu, Mançester derbisində MS qalib gəldi
İngiltərə Premyer Liqasında 31-ci turdan təxirə salınmış oyunlar keçirilib.
Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub. “Tottenhem” “Brayton”u, “Uotford” isə “Sauthempton”u qəbul edib. Londonda meydan sahibləri minimal hesabla qələbə qazanıblar. Günün digər matçında isə tərəflər hərəyə 1 qolla 1 xala razılaşıblar.
35-ci turda öz meydanında “Kristal Pelas”a 2:3 hesabıyla məğlub olan “Arsenal” “Vulverhempton” səfərinə yollanıb. London təmsilçisi bu oyundan da məğlubiyyətlə ayrılıb.
31-ci turun mərkəzi qarşılaşmasında “Mançester Siti” səfərdə “Mançester Yunayted”lə münasibətlərinə aydınlıq gətirib. “Şəhərlilər” bu görüşdə qalib gələcəyi təqdirdə, liderliyi ələ keçirəcəkdi. Son dövlərdə uğursuz nəticələri ilə seçilən “qırmızı şeytanlar” isə bu görüşdə qələbə qazanmaqla azarkeşləri qarşısında bəraət əldə etməyi hədəfləmişdi. Amma derbi qonaqların qələbəsiylə başa çatıb və MS “Liverpul”u qabaqlayaraq zirvəyə yüksəlib.
İngiltərə Premyer Liqası, 31-ci turdan təxirə salınmış oyunlar
23 aprel
Tottenhem – Brayton 1:0
Qol: Eriksen, 88.
Uotford – Sauthempton 1:1
Qol: Qrey, 90 – Lonq, 1.
24 aprel
Vulverhempton – Arsenal 3:1
Qol: Neves, 28. Doherti, 37. Jota, 45 – Sokratis, 80.
Mançester Yunayted – Mançester Siti 0:2
Qol: B.Silva, 54. Sane, 66.
Bombardir: Məhəmməd Salah (Liverpul), Serxio Aquero (Mançester Siti) – 19 qol.
Bizi Facebook-da izləyin