“Sabah” Türkiyəyə yollandı

“Sabah” komandası qış təlim-məşq toplanışı üçün Türkiyənin Antalya şəhərinə yollanıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Sabah” səhər saatlarında Türkiyəyə yola düşüb.

“Sabah” yanvarın 15-də Macarıstanın “Pakş”, 25-də isə Serbiyanın “Mladost” (Luçani) komandaları ilə qarşılaşacaq. Türkiyə toplanışı çərçivəsində daha bir oyunun keçirilməsi nəzərdə tutulub.

“Sabah”ın Antalya toplanışı 12-26 yanvar tarixlərini əhatə edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button