Qvardiola: “Sterlinq şikayət etməməlidir”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola komandanı tərk etmək istəyən Rahim Sterlinq haqda danışıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Qvardiola, ingilis oyunçunun şikayət etməməli olduğunu deyib:

“Rahim bizim futbolçumuzdur. Ümid edirəm ki, daha da inkişaf edər. Daha çox şans istədiyini bilirəm. Amma Joao Kanselo və Riyad Mahrez ehtiyatda qalanda heç şikayət etmirdilər. Sterlinq də şikayət etməməlidir. Hər kəs meydanda qaçmalıdır, hərəkət etməlidir. Kim daha çox layiqdirsə, o da oynayacaq.

Sterlinq özü və ailəsi üçün düzgün olan qərarı verməlidir. Mən də futbolçu olmuşam və onu çox yaxşı başa düşürəm. Lakin təkcə o deyil, digər futbolçular da oynamaq istəyir. Məşqlərdə özünü yaxşı göstərən, daha çox çalışanlar forma geyinmək şansı qazanacaq”.

Sterlinq bu mövsüm “Mançester Siti” ilə 10 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button