Mbappe qərarını PSJ rəhbərliyinə bildirdi
Fransanın PSJ klubunun futbolçusu Kilian Mbappe gələcəyiylə bağlı qərarını verib.
Komanda.az xəbər verir ki, 22 yaşlı hücumçu Paris klubu ilə müqaviləsini yeniləməyəcək. Bu barədə “Lequipe” nəşri məlumat yayıb.
Mbappe klub rəhbərliyinə müddəti 2022-ci ilin yayında bitəcək müqaviləsini yeniləməyəcəyini və növbəti mövsümün sonunda klubdan ayrılmaq istədiyini bildirib.
Mbappe ilə İspaniyanın “Real”, İngiltərənin “Liverpul” klubu yaxından maraqlanır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin