Keyn qərarını verdi: Qalır, yoxsa gedir?
İngilis hücumçu Harri Keyn “Tottenhem”dən ayrılmaq istəyir.
Komanda.az xəbər verir ki, 27 yaşlı futbolçu klub rəhbərliyi ilə görüşərək, komandadan ayrılmaq istədiyini onlara bildirib. Bu barədə “Sky Sports” nəşri məlumat yayıb.
Keynlə İngiltərədən “Mançester Siti”, “Mançester Yunayted”, “Çelsi”, Fransadan isə PSJ yaxından maraqlanır.
İngiltərəli hücumçu bu mövsüm “Tottenhem”lə 47 oyunda 32 qol vurub. Onun klubla müqaviləsi 2024-cü ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin