İtaliya klubları “Yuventus”, “İnter” və “Milan”a qarşı birləşir

İtaliyanın “Sassuolo” klubunun baş meneceri Covanni Karnevali Avropa Super Liqasında iştirak edəcək İtaliya klublarını dəstəkləməyəcəklərini bildirib.

Komanda.az xəbər verir ki, bu barədə Karnevali yerli mətbuata açıqlamasında deyib. O, bu gün A Seriyası təmsilçilərinin iclasının keçiriləcəyini və Avropa Super Liqasında iştirak edəcək “Yuventus”, “İnter” və “Milan” klubları haqda bir qərar qəbul edəcəklərini bildirib:

“Bunlar sevmədiyimiz düşüncələrdir. İtaliya futbolunu öldürmək istəyirlər. Heç xoş olmayan hallardır. Yəqin ki, bizimlə əylənirlər. Bu gün bir iclas keçirəcəyik və “Yuventus”, “İnter” və “Milan”ın nə demək istədiyimizi başa düşəcəkləri qərarlar qəbul edəcəyik”.

Avropanın 12 klubu yeni Super Liqanın yaradıldığını bəyan ediblər. Yeni turnirin ilkin mərhələsində İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi”, “Arsenal”, İspaniyanın “Barselona”, “Atletiko”, “Real”, İtaliyanın “Milan”, “İnter” və “Yuventus” klubları iştirak edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button