Aquero “Yuventus”dan vaxt istədi
İtaliyanın “Yuventus” klubu mövsümün sonunda “Mançester Siti”dən ayrılacağı açıqlanan Serxio Aqueronu transfer etmək niyyətindədir.
Komanda.az xəbər verir ki, Turin təmsilçisi argentinalı hücumçuya iki illik müqavilə təklif edib. Bu barədə “El Chiringuito” nəşri məlumat yayıb. Xəbərdə, Aqueronun təklifi dəyərləndirmək üçün “Yuventus”dan vaxt istədiyi bildirilib.
Aquero həmyerlisi Lionel Messi ilə bir komandada çıxış etmək istəyir. 32 yaşlı futbolçunun bu səbəbdən, “Yuventus”u rədd edib, “Barselona”ya keçəcəyi iddia edilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin