9 zorlamada ittiham olunur – Heç birini boynuna almır

“Mançester Siti”nin müdafiəçisi Benjamin Mendi doqquz zorlama ittihamının heç birində özünü təqsirli bilməyib.

Komanda.az xəbər verir ki, 27 yaşlı futbolçu Çester məhkəməsində bütün ittihamları rədd edib. O, iyulun 25-də bir daha məhkəmə qarşısına çıxacaq.

Ümumilikdə, futbolçu altı fərqli qadının iştirakı ilə doqquz cinsi cinayətdə ittiham olunur. Məhkəmə altı həftə çəkə bilər. Məhkəmənin hazırlıq iclası martın 11-də baş tutub.

Xatırladaq ki, Mendi yanvarın 7-də zaminə buraxılıb. Fransalı futbolçu 134 gün həbsdə qalıb.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button