Liderdən növbəti qələbə, “Neftçi”dən darmadağın

Futbol üzrə Azərbaycan 1-ci divizionunda 7-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

“Mingəçevir”lə “Sumqayıt”ın əvəzediciləri arasında baş tutan matçda qalib müəyyənləşməyib. MOİK evdə “Zirə”nin, “Qaradağ Lökbatan” isə “Kəpəz”in əcəzedicilərinə uduzub.

Səfərdə “Zaqatala” ilə qarşılaşan “Qarabağ”ın əvəzediciləri turu 1 xalla başa vurub. “Səbail” və “Şamaxı”ının əvəzediciləri arasındakı oyunda meydan sahibləri əzmkar qələbəyə seviniblər. “Neftçi”nin ikinci komandası “İmişli” ilə oyunda darmadağına imza atıb. Lider “Araz Naxçıvan” da “Turan Tovuz”un əvəzedicilərini məğlub yola salıb.

Birinci divizion, 7-ci tur

11 oktyabr

MOİK – Zirə-2 1:2
Qol
: Emin Mehtiyev, 20-pen – Elmar Rəhimov, 13. Xəqani Sadıxov, 45+2-pen.
Hakimlər: Kamran Əliyev, Səbuhi Soltanov, Anar Bədəlov, Emin Əliyev
Hakim-inspektor: Babək Quliyev
Binə qəsəbə stadionu, 15:00

Mingəçevir – Sumqayıt-2 1:1
Qol
: Vüsal İsmayılov, 8 – Cavid Quliyev, 21.
Hakimlər: Kamranbəy Rəhimov, Orxan İbişov, Taleh Məmmədov, Əkbər Əhmədov
Hakim-inspektor: Gülağa Cabarov
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 15:00

Qaradağ Lökbatan – Kəpəz-2 2:3
Qol
: Elnur Cəfərov, 5; 81-pen – Rauf Əliyev, 36; 69. Nemət Musayev, 38.
Hakimlər: Namiq Bəkirov, Elman Kərimov, Tərlan Talıbzadə, Şamil İmanzadə
Hakim-inspektor: Asim Xudiyev
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 15:00

12 oktyabr

Səbail-2 – Şamaxı-2 2:1
Qol
: Vidadi Cəfərov, 80-pen. Xəyal Bədirov, 90+1 – Əli Əliyev, 4.
Hakimlər: Cavid Cəlilov, Kərim Zeynalov, Şirmamed Mamedov, Fəridə Lütfəliyeva
Hakim-inspektor: İmanxan Sultani
“ASCO Arena”, 14:00

Zaqatala – Qarabağ-2 1:1
Qol
: Cəlal Cəbrayılov, 63 – Elmir Abbasov, 27.
Hakimlər: Rövşən Rəcəbov, Ruslan Quliyev, Teymur Teymurov, İrşad Aydınov
Hakim-inspektor: Munis Abdullayev
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 15:00

Neftçi-2 – İmişli 7:1
Qol
: Ağadadaş Salyanski, 22; 29. Vüsal Əsgərov, 35. Bahadur Quliyev, 43; 45. Aqşin Abazərov, 63. Elşad Tağıyev, 90 – Əli Tağızadə, 90+1.
Hakimlər: Fərid Hacıyev, Asiman Əzizli, Zakir Şükürzadə, Mahmud Bağırzadə
Hakim-inspektor: Vüsal Əliyev
Türk Hava Yolları Futbol Mərkəzi (4-cü meydança), 16:00

Araz Naxçıvan – Turan Tovuz-2 2:1
Qol
: Faiq Hacıyev, 8-öz qapısına. Orxan Əliyev, 76 – Sadiq Şəfiyev, 40.
Hakimlər: Əli Əliyev, Asif Abdullayev, Elmin Süleymanov, İslam Məmmədov
Hakim-inspektor: Ceyhun Haşımov
Naxçıvan Muxtar Respublika stadionu, 16:30

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button