“Mən özüm azarkeş olsaydım, stadiona gələrdim” – Müsahibə

“Qarabağ”ın futbolçusu Maksim Medvedev Avropa Liqasının qrup mərhələsinin sonuncu – 6-cı turunda “Düdelanj”la qarşılaşacaqları oyundan əvvəl keçirilən mətbuat konfransında iştirak edib.

Komanda.az xəbər verir ki, Ağdam təmsilçisinin müdafiəçisi jurnalistlərin suallarını cavablandırıb:

– Baxmayaraq ki, şansımız yoxdur, son oyunumuzda yaxşı nəticə qazanmaq istəyirik. Oyunun önəmi böyük olmasa da, ən yaxşısını etməyə çalışacağıq.

– İndiki halda azarkeşlərin oyuna bu cür münasibəti normaldırmı? Sən azarkeş olsan, bu halda komandanı dəstəkləyərdinmi?

– Bizim işimiz futbol oynamaqdır. Bu, azarkeşlər üçün bir növ şoudur. Biz də istərdik ki, stadion dolsun. Ancaq elə azarkeşlər var ki, bizim köhnə nəticələrimizə baxıb, gəlməyəcəklər. Əsl azarkeşlər yanımızda olmalıdır. Mən özüm azarkeş olsaydım, stadiona gələrdim.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button