550-ci qol

“Keşlə” Azərbaycan çempionatlarında 550-ci qolu buraxıb. Bu qola Premyer Liqanın 19-cu turunda “Neftçi”nin futbolçusu Namiq Ələsgərov imza atıb.

Komanda.az xəbər verir ki, 1:3 hesabı ilə uduzan “Keşlə”nin buraxdığı son top yubiley qolu olub. Bu, 1999/2000 mövsümündən ölkə çempionatında “Xəzər Universiteti” və “İnter” adları altında da çıxış edən komandanın 584-cü görüşünə təsadüf edib. Bakılılar hər oyunda orta hesabla 0,94 qol buraxıb. Bu toplardan 215-i evdə, 335-i səfərdə buraxılıb.

“Keşlə” Azərbaycan çempionatlarında 550 və daha çox qol buraxan 5-ci komandadır. Yalnız “Turan” (690), “Kəpəz” (654), “Neftçi” (637) və “Qarabağ” (634) daha çox qol buraxıb.

Paytaxt təmsilçisi ilk qolu 1999-cu il oktyabrın 29-da, “Şəfa” ilə ev matçında (0:1) buraxıb. Bu qola Emin İmaməliyev imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button