50-ci qolunu vurdu

Martın 24-də Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində Misir millisi Malavini qəbul edib.

Komanda.az xəbər verir ki, qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 2:0.

Hesabı 20-ci dəqiqədə Məhəmməd Salah açıb. FİFA-nın mətbuat xidmətindən verilən məlumata görə, “Liverpul”un hücumçusu üçün bu qol millinin heyətində 50-ci olub.

30 yaşlı hücumçu milli komandanın heyətində cəmi 86 matçda 50 qol vurub və 26 məhsuldar ötürmə edib. Salah Misir millisinin tarixində ən çox qol vuran futbolçudur.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button