“Zaqatala” və “Neftçi”dən inamlı qələbə

Futbol üzrə Azərbaycan 1-ci divizionunda 5-ci tura yekun vurulub

Komanda.az xəbər verir ki, ilk oyun günündə üç görüş baş tutub. “Qaradağ Lökbatan” – “Kəpəz” görüşündə qapılara qol vurulmayıb.

“Qarabağ”ın əvəzediciləri səfərdə “Sabah”a, “Turan Tovuz” isə “Sumqayıt”ın ikinci komandasına böyük hesabla qalib gəlib.

Tura bu gün keçirilən iki qarşılaşma ilə yekun vurulub. Günün ilk oyununda “Zaqatala” MOİK-i məğlub edib. Turun son matçında “Neftçi-2” “Keşlə-2”-ni darmadağın edib.

Birinci divizion, 5-ci tur

4 noyabr

Qaradağ Lökbatan – Kəpəz 0:0
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Kərim Zeynalov, Rəşad Əhmədov
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 13:00

Sabah-2 – Qarabağ-2 0:3
Qol
: Nihad Quliyev, 8, Cavid Bayramov, 19, Hüseyn Hüseynzadə, 22.
Hakimlər: Nicat İsmayıllı, Zöhrab Abbasov, Elmin Süleymanov, Səbuhi Bayramov
Bakı Olimpiya Stadionu (ehtiyat meydança), 14:00

Sumqayıt-2 – Turan Tovuz 0:3
Qol
: Vidadi Cəfərov, 18, 70, Aqşin Muxtaroğlu, 28.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Rövşən Rəcəbov
“Kapital Bank Arena” (ehtiyat meydança), 14:00

5 noyabr

Zaqatala – MOİK 3:2
Qol:
Ramin Əhmədov, 22. Bəhruz Teymurov, 47. Salman Ələsgərov, 49 – Ruslan Bayramov, 5. Elvin Nəsibov, 40.
Hakimlər: Rəvan Həmzəzadə, Ruslan Quliyev, Hidayət Feyzullayev, Kamranbəy Rəhimov
Zaqatala şəhər stadionu, 13:00

Neftçi-2 – Keşlə-2 4:1
Qol:
Elton Əlibəyli, 55. Sərcan Omarov, 66-avtoqol. Asim Əlizadə, 83. Famil Camalov, 90+1 – Mehdi Tahirov, 60.
Hakimlər: Tural Qurbanov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Səbuhi Bayramov
Türk Hava Yolları Furbol Mərkəzi (4-cü meydança), 15:00

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button