Matteusdan Bundesliqanın ilk qadın baş məşqçisi haqda açıqlama

“Union Berlin” klubunda tarixi dəyişiklik baş verib.

Komandanın yeni baş məşqçisi 34 yaşlı Mari-Luzie Eta olub. Bu təyinat Avropanın Top-5 liqalarında qadın məşqçi baxımından ilk hadisə kimi qeydə alınıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, məsələ ilə bağlı Almaniya futbolunun tanınmış siması Lotar Matteus da açıqlama verib. Onun sözlərinə görə, 2026-cı ildə artıq baş məşqçinin kişi və ya qadın olmasının heç bir fərqi yoxdur:

“Union Berlin” Etaya güvənir. O, klubu yaxşı tanıyır və komandaya çox yaxındır”.

Berlin təmsilçisi hazırda Bundesliqada turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb və hesabında 32 xal var. Komanda aprelin 18-də, Almaniya çempionatının 30-cu turunda “Volfsburq”u qəbul edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button